1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarin 26-daLənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası,Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
1988-ci ildə Azərbaycan SSR Sovet İttifaqının ən konservativ respublikalarından biri idi və siyasi dissidentlər üçün burada yer yox idi.[1]Ermənistan SSR-də də partiya iyerarxiyasının böyük hissəsi yeni millətçi hərəkatla əməkdaşlıq etmək arzusunda olduğundan, burada millətçilər hakimiyyəti daha asanlıqla ələ keçirdilər.[1] Azərbaycanda hakimiyyət və müxalifət arasında kompromis üçün heç bir əsas yox idi, həm də respublikanın gələcək taleyi barədə onlar fərqli fikirdə idilər.[1] Fikir ayrılığın digər səbəbi rusdilli kosmopolit Bakı ziyalılan ilə respublikanm digər əhalisini bir-birindən ayıran uçurum idi.[1] "Alimlər klubu"nun bəzi iştirakçılan partiya üzvləri idilər.[1] Millətçiliyi təbliğ edən və Mixail Qorbaçovun yenidənqurmasma maraq göstərməyən radikal ictimai xadimlər onlara nifrət edirdilər.[1] İki ən məşhur radikal - tarixçi Etibar Məmmədov və həmkarlar ittifaqı fəalı Nemət Pənahov 1940-cı illərdə Ermənistanı tərk etmiş azərbaycanlı ailələrindən idilər.[1]Hökumət və parçalanmış müxalifət "oyunun qaydalarmı" razılaşdıra bilmədiklərindən, hakimiyyət uğrunda mübarizə uzun sürdü.[1] Sonda, 1990-cı ilin yanvarda Bakıda rəsmi Moskva və Azərbaycan Xalq Cəbhəsi arasında qanlı qarşıdurma baş verdi.[1] Sovet rəhbərliyi SSRİ tarixində ilk dəfə sovet şəhərinə qoşun yeritdi.[1]
Qara Yanvar başlayanda kütləvi zorakılığın həyəcan doğuran əlamətləri artıq sezilirdi: hüquq-mühafizə orqanları tərəfindən müdafiəsiz qalmış ermənilər; Xalq Cəbhəsində mötədillərin radikallar tərəfindən sıxışdırılması; hakimiyyəti əlindən verən və yenidən özünə qaytarmağa can atan yerli partiya rəhbərliyi; Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasına imkan verməmək üçün hər bir addıma hazır olan Moskva rəhbərliyi.[1] Qarabağdan gələn xəbərlər vəziyyəti daha da gərginləşdirirdi. Yanvarın 9-da Ermənistan parlamenti Dağlıq Qarabağ öz büdcəsinə daxil etmək qərarına səs verdi və əlbəttə ki, bu addım azərbaycanlıları qəzəbləndirdi. Qarabağın şimalında -Xanlar və Şaumyan rayonlarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş verdi, insanlar girov götürüldü, daxili qoşunlarm dörd əsgəri öldürüldü.[2]
Yanvarın 6-7-də Xalq Cəbhəsi parçalandı.[1] Mötədil baxışlarına sadiq qalan ziyalılardan ibarət kiçik qrup təşkilatın tərkibindən çıxdı və Leyla Yunus və Zərdüşt Əlizadəninrəhbərliyi altında Azərbaycan Sosial Demokrat Partiyasını yaratdı.[1] Cəbhənin tərkibində qalanlar isə Lenin meydanında kütləvi nümayişlərə başladılar, lakin onlar da artıq iki dəstəyə bölünmüşdülər.[1] Moskvadan Bakıya daha bir neçə min nəfərlik daxili qoşun kontingenti göndərildi.[1] Yanvarın 11-də Xalq Cəbhəsinin bir qrup radikalı Lənkəranşəhərində bir neçə inzibati binanı zəbt etdi və hakimiyyəti ələ keçirdi.[1] İki gün sonra vəziyyəti aydınlaşdırmaq üçün hadisə yerinə göndərilmiş "Bakinskiy Raboçiy" qəzetinin müxbiri şəhərdə sovet hakimiyyətinin devrilməsinin şahidi oldu:
![]() |
Mən əvvəlcə şəhər partiya komitəsinin birinci katibi Y.Rzayevlə görüş təyin etdim və sonra raykomun binasına getdim. Lakin qapıda silahlı adamlar durmuşdu. Məni içəri buraxmadılar və onlardan biri mənə yaxınlaşıb dedi: "Raykom artıq yoxdur. Burda heç kim işləmir. İçəri girməyə icazə verilmir.[3] | ![]() |
Yanvarm 12-də Viktor Polyaniçko yeni təzadlı plan irəli sürdü.[1] Onun Xalq Cəbhəsi ilə apardığı danışıqlarının nəticəsində respublika sərhədlərini erməni təcavüzündən qorumaq üçün Azərbaycanda "Milli Müdafiə Şurası"nın yaradılacağı bəyan olundu.[1] Komitənin beş liderindən dördü Xalq Cəbhəsinin radikal qanadını təmsil edirdilər və əsl mənada Azərbaycanda kommunist partiyası rəhbərliyinin qəddar düşmənləri idilər.[1] Onlardan ikisi - Nemət Pənahov və Rəhim Qazıyev yerli televiziyada çıxış etdilər.[1] Pənahov bəyah etdi ki, Bakı evsiz qaçqınlarla doludur, lakin minlərlə erməni hələ də rahatlıq içində yaşayır, bununla da o, əhalini ermənilərə qarşı yönəlmiş zoraklığa təhrik etdi.[1]
Ermənilər Bakıdan qovulduqdan sonra Moskva və Xalq Cəbhəsi arasında münasibətlərə aydmlıq gətirməyin məqamı çatdı.[1] Hələ basqınlar bitməmiş, yanvarın 14-də vəziyyəti nəzarətə almaq üçün Qorbaçovun yaxın siyasi silahdaşı Yevgeni Primakovun başçılığı ilə Siyasi Büronun nümayəndə heyəti Bakıya gəldi.[1] Şəhər kənarında kazarmalarda yerləşdirilmiş çoxminli qoşunlara şəxsən komanda etmək üçün SSRİ müdafiə naziri Dmitri Yazov həmçinin bura gəldi.[1] Dağlıq Qarabağda, Azərbaycanın və Ermənistanın sərhədyanı rayonlarında və Gəncədə fövqəladə vəziyyət tətbiq etmək qərarı verildi, lakin nədənsə bu qərar Bakıya şamil olunmadı.[1]
Bakı küçələrində millətçi hərəkatın fəalları ağalıq edirdilər. Şəhər kənarındakı əsgər kazarmalarına aparan yollarda onlar yük maşınlarından və beton bloklardan barrikadalar qurmuşdular.[1] Yanvarın 17-də onlar Mərkəzi Komitənin binası önündə bütün yolları bağlayıb, fasiləsiz mitinqə başladılar. Binanın önündə dar ağacı peyda oldu, lakin onun əsl məqsədi - hədə-qorxu və ya həqiqi edam aləti olması - elə də sirr olaraq qaldı.[1] Moskva emissarları və Xalq Cəbhəsinin rəhbərliyi üstüörtülü oyun aparırdılar.[1] Etibar Məmmədovun sözlərinə görə, Primakov Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasma razı olmayacağı haqqında onlara xəbərdarhq etdi və qoşun yeridəcəyinə işarə etdi: