1994-cü il 20 sentyabr.Bakıda «Gülüstan» sarayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Beynəlxalq Neft Konsorsiumu arasında Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» və Günəşli» yataqlarının dərin qatlarındakı neftin birgə işlənməsinə dair «Məhsulun pay bölgüsü» tipli müqavilə imzalanmışdır. Bu saziş «Əsrin Müqaviləsi» adını almışdır.Müqaviləyə əsasən «Çıraq» yatağından ilk neft 1997-ci il noyabrın 7-də çıxarılmışdır.«Azəri» və «Çıraq» yataqları bütöv, «Günəşli»nin isə yalnız 200 metr dərinlikdəki hissəsi istismar olunur. Neftlə bərabər çıxarılan 55 milyard kubmetr qaz tamamilə Azərbaycanın payına düşəcək.
AZƏRBAYCAN NEFTI DÜNYA BAZARLARINA 3 NEFT KƏMƏRİ VASITƏSILƏ NƏQL OLUNUR:
—1. BAKI-NOVOROSSİYSK-
—Bakı – Novorossiysk kəmərinin uzunluğu 1400 km, diametri 720 mm-dir. Kəmər 1995-1997-ci illərdə bərpa edilmişdir.
—İlk neft Novorossiysk limanına 1997-ci ilin oktyabrında nəql olunmuşdur.
2.BAKI-SUPSA
Ümummilli lider Heydər Əliyevin təkidilə ilk olaraq Bakı-Supsa kəməri inşa olunmuşdur.
—1997-ci ildə əsası qoyulan kəmərin uzunluğu 850 km-dir.
—Bu kəmərlə «Azərlayt» markalı neft 1999-cu ilin aprel ayında dünya bazarına çıxarılmışdır.
Uzun və gərgin diplomatik mübarizədən sonra Əsas İxrac Neft Kəməri olaraq «Bakı– Tbilisi – Ceyhan» qəbul edilmişdir.
1999 –cu ilin noyabrın 18-də ATƏT-in İstanbul Zirvə toplantısında bu haqda saziş imzalanmışdır.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan BTC –nin uzunluğu 1744 km-dir. Onun tikintisinə 4,3 milyard dollardan artıq vəsait xərclənmişdir.
Kəmərin əsası 2002-ci sentyabrın 18- də Səngəçal terminalında qoyulmuş, tikinti 4 il davam etmişdir.
2006-cı ilin iyulun 4-də Ceyhan limanından neftlə yüklənmiş ilk tanker dünya bazarına yola salınmışdır.