Mr. Ad'm

Konstitusiya

Konstitusiya


 
 

Konstitusiya — dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir.

Konstitusiya dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.

Bir qayda olaraq Konstitusiyaları iki əsas növə təsnif edirlər: yazılı və tarixdən irəli gələn şifahi hüquqi qaydalar.

Yazılı konstitusiyalar ya vahid normativ aktdır (əksər dövlətlərdə), ya da bir neçə konstitusiya qanunlarının məcmusudur (məsələn, İsveç Konstitusiyası, İspaniya Konstitusiyası, Finlandiya Konstitusiyası).

Yazılmamış konstitusiyalarda konstitusiya normaları çox sayda aktlarda və həmçinin adətlərdə təsbit olunmuşdur (anqlo-saks hüquqi ailəsi üçün səciyyəvidir (ABŞ istisna olmaqla), Böyük Britaniya Konstitusiyası).

Dünyada konstitusinalizmin vətəni İngiltərə sayılır, orada ilk konstitusiya aktı Azadlıqların Böyük Toplusu (Magna Carta 1215-ci il) olmuşdur. İlk yazılı konstitusiya ABŞ Konstitusiyasıdır kı, çoxlu dəyişiklilərlə bü gün də qüvvədədir.
 

Konstitusiyanın funksiyaları

Konstitusiyanın əsas funksiyaları bunlardır:

  1. Hüquqi funksiya - bütün hüquq sisteminə xas olan tənzimləmə funksiyasını yerinə yetirir.
  2. Sosial funksiya- ailə, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə, təhsil, elm kimi sosial sistemin yaşamasına təsir göstərir.
  3. Siyasi funksiya –siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil formasını təsbit edir.
  4. Tərbiyəvi funksiya - hər bir insanda, konstitusiya qanunlarına,insan və vətəndaş hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılayır.

Konstitusiyaların digər qanunlardan fərqi

Konstitusiya:

  • Dövlət quruluşunu və dövlət hakimiyyətinin ali orqanlarını müəyyən edir, insan hüquq və azadlıqlarına dövlət tərəfindən zəmanət verir.
  • Ali hüququ qüvvəyə malikdir.
  • Digər hüquqi normativlərə nisbətən müəyyən stabilliyə malikdir.
  • Qanunvericilik üçün əsas rolunu oynayır.
  • Dəyişilməsinin xüsusi qaydalarına malikdir.

Azərbaycan Konstitusiyası

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir. 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.

1. Flag of Azerbaijan.svg   Azərbaycan, 1995, Azərbaycan Respublikasının Konstitusiyası
 

 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol